ABŞ donanmasının yeni radioötürücüləri tezliklə hazır olacaq

2018/07/37290291_2199863870245937_7960375897750503424_n_1531931310.jpg
Oxunub: 4259     00:34     19 İyul 2018    
ABŞ donanması yeni nəsil radioötürücülərini qarşıdakı il ərzində istifadəyə verməyi düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə donanmanın elektron hücum sistemləri üzrə proqram rəhbəri kapitan Maykl Orr bildirib.

Onun sözlərinə görə, bu cihazlar gələn il ərzində uçuşlarda istifadə olunsa da, tam əməliyyat qabiliyyətinə 2022-ci ildə nail ola biləcək.

Qeyd edək ki, sözügedən texnologiyaların istehsalı üçün 2016-cı ildə “Raytheon” firması ilə 1 milyard dollar dəyərində müqavilə imzalanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Raytheon  


Bizi "telegram"da izləyin