Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, Pakistan donanmasında ilk ATR-72 nəsil təyyarədir.
Bununla bağlı Pakistan Donanmasının mətbuat xidmətindən bildirilən açıqlamada qeyd olunub ki, müqaviləyə əsasən alınan ATR-72 patrul təyyarəsi aktiv fazalı antena sistemi, elektromaqnit dalğaları aşkarlayıcı sistem, akustik prosessor və infraqırmızı sensorlar ilə təchiz edilib.
Müqavilə ilə bağlı detallar bildirilməsə də, qeyd olunub ki, 2016-cı ilin yanvarından start götürən layihə qarşılığında Pakistan hökuməti "Rheinland" korporasiyasına 240 milyon dollar ödəyib.
Dəyanət Ağalarlı
Ordu.az