Ukrayna NATO standartlarına cavab verən mərmi istehsal edəcək

2018/07/ARMARUBGM1_1531921989.png
Oxunub: 3343     21:48     18 İyul 2018    
Ukrayna NATO ilə əməkdaşlıq çərçivəsində 40 mm-lik mərmilər istehsal edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, mərmilər NATO ilə əməkdaşlıq çərçivəsində Ukraynanın "PJSC Kuznya" şirkəti tərəfindən istehsal ediləcək.

Bildirilir ki, isthehsal olunacaq mərmilər 40x53mm ölçülü PGOF-40 mərmiləri olacaq.

Qeyd edək ki, istehsala bu ilin sonlarından etibarən başlanılması planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO   Mərmi-İstehsalı  


Bizi "telegram"da izləyin