Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hüquq mühafizə orqanları buna bənzər köhnə işləri də ortaya çıxartmağa başlayıblar.
2017-ci ildə cinayət işi açılaraq, daha sonra xitam verilən materialda Serj Sarkisyanın sabiq məşhur mühafizə rəisi, bu günlərdə qanunsuz varlanma ittihamı ilə həbs edilən Vaçaqan Qazaryanın adı keçir.
Ermənistan vətəndaşı Sarkis Qabrielyan cinayət işi barədə məlumat verərək qeyd edib ki, tanışı olan Qeğam Petrosyan aprel döyüşlərindən öncə 5 min dollar rüşvət müqabilində iki övladını hərbi xidmətdən azad edib. O zaman məsələ araşdırılarkən Qazaryanın buna müdaxilə etdiyi bildirilir.
Alpər Mövludoğlu
Ordu.az