Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Antonov”un mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, kompaniyalar İsveçrə şirkəti tərəfindən istehsal edilən modul platforma üzərində elektrik PUA istehsalında əməkdaşlıq edəcək.
Əməkdaşlıq çərçivəsində dörd növ PUA-nın istehsalı planlaşdırılıb. Onların maksimum ağırlığı 1500 kiloqram, sürətləri isə 185 km/saat olacaq.
Ağalar Ağalarlı
Ordu.az