Hərbi hava platformaları üçün nəzərdə tutulan lazerlər bazarının inkişafı

2018/07/Airborne-Weapon-Systems-for-Rotorcraft-Market_1531917826.jpg
Oxunub: 4434     20:45     18 İyul 2018    
Hərbi hava platformaları üçün nəzərdə tutulan lazerlər idarə olunan sursatlar, raketdən müdafiə sistemləri, optik-elektron vasitələrdə istifadə olunur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki,olduqca böyük dəyərə malik və çox sürətlə böyüyən bu bazarın 2023-cü ilə qədər illik 9% dəyər qazanması gözlənilir.

Qırıcı təyyarələrə və helikopterlərə quraşdırılan bu vasitələr çox kiçik və düşmən təyyarələrini, raketləri hədəf almağa yetəcək qədər güclü olmalıdır. Onlardan həm də yerdəki hədəfləri – döyüş vasitələri, radar obyektləri və atıcı qurğuları sıradan çıxarmaq üçün istifadə edilə bilər.

Hazırda çox az kompaniya bu lazerlərin üzərində işləyir. Bunun səbəbi isə təkmilləşdirmə işlərinin baha başa gəlməsi, texnoloji məhdudiyyətlər və s-dir. Əsas istehsalçı şirkətlər “Lockheed Martin”, “Raytheon”, “Thales Group”, “BAE Systems”, “Northrop Grumman”, “Saab AB” firmalarıdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lazer   Radar   Hava-Platforması  


Bizi "telegram"da izləyin