Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Kremlin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Rusiya prezidentinin görüşün təşkil edilməsində başlıca məqsədi qlobal şəkildə terrorla mübarizə ilə bağlı müzakirələrin aparılmasıdır.
Hələlik görüşdə hansı ölkələrdəki səfirlərin iştirak edəcəyi bildirilməyib. Görüş sabah Rusiyanın paytaxtı Moskvada Kreml sarayında baş tutacaq.
Qeyd edək ki, Rusiya prezidenti ənənəvi olaraq hər iki ildən bir ölkəsinin xaricdəki səfirləri və daimi nümayəndələri ilə Moskvada bir araya gəlir.
Dəyanət Ağalarlı
Ordu.az