Suriya ordusu İŞİD-in 2 önəmli fiqurunu zərərsizləşdirib

2018/07/13961117000451_PhotoI_1531916442.jpg
Oxunub: 2280     20:18     18 İyul 2018    
Suriya ordusunun bu gün həyata keçirdiyi əməliyyatlarda daha bir neçə terrorçu məhv edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Suriya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ordu qüvvələri Deranın Nəva, Tasil, Tal-Əşrəh və s. şəhərlərində İŞİD qruplaşmasına qarşı havadan və qurudan intensiv əməliyyatlar keçirir.

Sadəcə bu gün keçirilən əməliyyatlarda aralarında 2 önəmli fiqurun da olduğu 10-a qədər İŞİD terrorçusu məhv edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin