Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Honkonqdan olan hərbi ekspert Sonq Zonqpinq bildirib.
O qeyd edib ki, hazırda THAAD raketdən müdafiə sistemlərinin müxtəlif variantlarının zərbə radiusu 200-800 kilometr arasında dəyişir. Əslində ABŞ bununla da Cənubi Koreyadakı sistemlərlə Çinin şimalından gələ biləcək bütün təhdidləri aradan qaldırmış olur.
“ABŞ bu sistemləri modernizasiya etməklə onun sürətini, mənzilini və vahid zamandakı raket atmaq potensialını paralel olaraq artırmağı planlaşdırır. Burada ABŞ-ın məqsədi qətiyyən KXDR-ə təzyiq ola bilməz. Çünki, onsuz da THAAD hazırkı göstəriciləri ilə KXDR-in istənilən təhdidini aradan qaldıra biləcək potensialdadır. Əsas məqsəd Çin və Rusiyadan gələcək raket hücumlarını daha irəlidə qarşılamaq və məhv etməkdir. Həmçinin, ABŞ ilk dəfə olaraq raketdən müdafiə sistemlərinin özünü hücum strategiyasının tərkib hissəsi olaraq istifadə etməyi planlaşdırır. Belə ki, modernizasiyadan sonra Cənubi Koreyadakı THAAD sistemləri Rusiya və Çinin daxilinə doğru çox sayda hərbi məntəqələri yerlə-yeksan etmək qabiliyyətinə sahib olacaq”, - deyə ekspert bildirib.
Dəyanət Ağalarlı
Ordu.az