PKK-nın Qara dənizdəki fəaliyyətlərinə son verilmək üzrədir

2018/07/thumbs_b_c_76050b08d4b0757855f6eb13cf584a5b_1531915277.jpg
Oxunub: 4050     20:00     18 İyul 2018    
Türkiyə təhlükəsizlik qüvvələrinin gördüyü tədbirlər nəticəsində PKK terror təşkilatının Qara dəniz bölgəsindəki fəaliyyətləri tamamilə aradan qaldırılmaq üzrədir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Gümüşxana vilayətinin Kürtün şəhəri yaxınlığında üç terrorçu ilə meydana gələn qarşıdurmadan sonra bölgədə axtarış tədbirləri gücləndirilib.

Eyni zamanda Giresun vilayətinin jandarma komandanlığının koordinasiyası ilə “Kobra” tipli helikopterlər və PUA-lar vasitəsilə PKK terrorçularının axtarışı həyata keçirilir.

Son illərdə Qara dəniz bölgəsində terrorçulara qarşı aparılan əməliyyatlar nəticəsində PKK-nın bu bölgədə demək olar ki, fəaliyyətsiz qaldığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror  


Bizi "telegram"da izləyin