“ABŞ Suriya münaqişəsinin həllinə dəstək ola bilmədi” – Zərif

2018/07/1048136708_1531913668.jpg
Oxunub: 2415     19:35     18 İyul 2018    
“Birləşmiş Ştatlar Suriyadakı münaqişənin həllinə töhfə verməkdə uğursuz oldu”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif səsləndirib.

“Bizim Rusiya və Suriya hökumətləri ilə çox yaxşı kommunikasiya və koordinasiyamız mövcuddur. Hədəfimiz isə aydındır – terrorizm və ekstremizlə mübarizə”, - deyə Zərif bildirib.

O, ABŞ prezidenti Donald Trampın bundan faydalanmağa çalışdığını, lakin ABŞ-ın terrora dəstək verməkdən başqa bir şey etmədiyini vurğulayıb.

Zərif fikirlərini Suriyada İŞİD terrorçularının əlində ABŞ istehsalı silah-sursatın tapılması ilə əsaslandırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Suriya   İran  


Bizi "telegram"da izləyin