Donbasda daha bir Ukrayna əsgər həlak olub

2018/07/1568484514_1530526485_1531910016.jpg
Oxunub: 2417     18:33     18 İyul 2018    
Ukraynanın Donbas bölgəsində silahlı qüvvələrlə separatçılar arasında gərgin döyüşlər davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatı məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində separatçılar atəşkəsi 21 dəfə pozublar.Hücumlar zamanı onlar ağır texnikalardan, 82 və 122 mm-lik minaatanlardan istifadə ediblər.

Qarşılıqlı atışma nəticəsində Ukrayna ordusunun 1 əsgəri həlak olub, 2-si isə yaralanıb. Qarşı tərəfdən isə çox sayda hərbi texnika sıradan çıxarılıb. Separatçıların itkiləri barədə məlumat yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   Atəşkəs  


Bizi "telegram"da izləyin