SQQ Latakiyada son bir ayda 40 hərbçisini itirib

2018/07/fa951d67d711a32f5d4b1c9b_1531909614.jpg
Oxunub: 3776     18:24     18 İyul 2018    
Suriya Quru Qoşunları Latakiyada fəaliyyətləri zamanı çox sayda itki verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Qeyd olunub ki, itkilərin çox olmasına əsasən İŞİD-lə arasıkəsilməz qarşıdurmalar və ABŞ-ın endirdiyi aviazərbələr səbəb olub.

Yayılan məlumatda qeyd olunub ki, Suriya Quru Qoşunlarının Latakiyada hərbi fəaliyyətləri nəticəsində son bir ayda 40 hərbçisini itirib, daha 25-dən çoxu isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Latakiya  


Bizi "telegram"da izləyin