Dron-raket hibridi PUA-ları məhv edəcək

2018/07/18479841651456_1531904611.jpg
Oxunub: 3172     16:57     18 İyul 2018    
ABŞ Quru Qoşunları PUA-larla bağlı getdikcə daha da böyüyən təhdidi aradan qaldırmaq üçün yeni yollar axtarışındadır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ QQ-nin yeni layihəsinə əsasən düşmənin PUA-larını məhv etmək üçün döyüş başlıqları quraşdırılmış kiçik dronlardan istifadə olunacaq.

Belə ki, döyüş başlığı daşıyan kiçik dronlar müharibə zamanı düşmənin PUA-larını aşkarlayaraq, ona hücum edəcək.

Hətta “Raytheon” kompaniyasının rəsmiləri Britaniyada davam etməkdə olan aviaşou zamanı bu layihə ilə bağlı ABŞ QQ ilə müqavilə imzalandığını elan ediblər.

Rəsmilərin sözlərinə görə, “Raytheon”un Ku-band radarları və döyüş başlıqları ilə təchiz olunacaq dronlar həmin radarın vasitəsilə PUA-ları aşkarlaya biləcək və daha sonra ona hücum edərək məhv edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   Raytheon  


Bizi "telegram"da izləyin