Pxenyan daha 50 ABŞ hərbçisinin nəşini Vaşinqtona təhvil verəcək

2018/07/US-North-Korea-agree-to-resume-search-for-Korean-War-soldiers-remains_1531904554.jpg
Oxunub: 2563     17:49     18 İyul 2018    
Tramp-Kim sammitində əldə edilən razılığın nəticəsi olaraq Pxenyan Koreya müharibəsi zamanı həlak olaraq Şimali Koreyada dəfn edilən daha 50 ABŞ hərbçisinin cəsədlərinin qalıqlarını öz ölkələrinə təhvil verəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, cənazələrin növbəti ötürülmə mərhələsi ilə bağlı qərar ABŞ və Şimali Koreya nümayəndələrinin 16 iyulda KXDR-Cənubi Koreya sərhədindəki Panmuncom qəsəbəsində keçirilən görüşü zamanı verilib.

Bildirilir ki, Pxenyan daha 50 hərbçinin nəşini 27 iyulda ABŞ-a təhvil verəcək.

Qeyd edək ki, KXDR indiyə qədər 250-dən çox ABŞ hərbçisinin cəsədinin qalıqlarını Vaşinqtona təhvil verib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin