Pentaqon texnoloji üstünlüyü saxlamaq üçün daxili strukturu yeniləyir

2018/07/1200px-The_Pentagon_January_2008_1531903001.jpg
Oxunub: 1674     16:34     18 İyul 2018    
Pentaqon liderləri gələcək müharibələrin taleyini həll etmə imkanına malik texnologiyaların meydana gəlməsi ilə bu sahədə üstünlüyün itirilməsindən narahatdırlar.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, Pentaqon xüsusilə kvant elmi, süni zəka, vasitəsiz enerji sahələrində üstünlüyü saxlamaq məqsədilə struktur dəyişikliyinə əl atır.

Bu məqsədlə ilk olaraq fevralın birində Konqresin təsdiqi ilə Pentaqon daxilində Tədqiqat və Mühəndislik üzrə bölmə açıldı. Son olaraq isə Satınalma və Davamlılıq bölməsi qurulub.

Adı çəkilən hər iki bölmə Pentaqon daxilində əvvəl mövcud olmuş Satınalma, texnologiya və Logistika bölməsinin yerində formalaşdırılıb.

ABŞ Müdafiə nazirinin köməkçisi Patrik Şanahanın sözlərinə görə, dəyişikliklər Pentaqonun bundan sonra silah sistemləri alma və təkmilləşdirmə metodunu müəyyən edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   Texnologiya  


Bizi "telegram"da izləyin