Yaponiya hökuməti rekord dəyərdə müdafiə büdcəsi tələb edir

2018/07/14154695415615614_1531902168.jpg
Oxunub: 2155     16:20     18 İyul 2018    
Şimali Koreyadan meydana gələn təhdidin hələ də tam aradan qalxmadığını düşünən Yaponiya hərbi xərclərini artırmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiya xüsusilə ABŞ-dan müasir silah sistemlərinin alınmasına daha çox əhəmiyyət verir.

Bu məqsədlə bu il Yaponiya hökumətinin Müdafiə Nazirliyi üçün rekord dəyərdə müdafiə büdcəsi tələb etməsi gözlənilir. Belə ki, hökumət 2019-cu maliyyə ili üçün hərbi xərclərə 47 milyard dollar xərcləməyi planlaşdırır.

Bu vəsaitin əsasən “Lockheed Martin”in istehsal etdiyi F-35 qırıcı təyyarələri, “Aegis Ashore” ballistik raketdən müdafiə sistemləri və digər silah-sursatın alınmasına xərclənəcəyi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   KXDR   Müdafiə-Büdcəsi  


Bizi "telegram"da izləyin