Rusiya ABŞ-a Suriyada əməkdaşlıq təklifi edib

2018/07/HEUDWQYKZRDAFOGPWPATLIZDUY_1531900325.jpg
Oxunub: 2378     15:50     18 İyul 2018    
Rusiya ordusu Suriyada ABŞ-la əməkdaşlığı gücləndirməyə hazır olduğunu bəyan edib.

Ordu.az “Military Times”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda bildirilir ki, Rusiyanın hərbi liderləri Suriyada əməkdaşlığın gücləndirilməsi istiqamətində ABŞ-dan olan həmkarları ilə kontakta girməyə hazırdırlar.

“Fox” telekanalına müsahibə verən Rusiya prezidenti Vladimir Putin isə ayın 16-da ABŞ prezidenti Donald Trampla arasında baş tutan görüşdə Suriya məsələsi üzərində ortaq məxrəcə gəlindiyini bildirsə də, əlavə detal verməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin