Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Kərkükdəki İraq təhlükəsizlik qüvvələrinin rəhbəri polis polkovniki Həmid Əl-Übeydi bildirib.
O qeyd edib ki, hadisə Kərkükün cənubundakı Dakuk şəhərində baş verib.
Rəsmi məlumata əsasən əvvəlcədən polis bölməsinin yaxınlığında yerləşdirilmiş bombanın partladılması nəticəsində 1 polis həlak olub.
Qeyd edək ki, hücuma görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Dəyanət Ağalarlı
Ordu.az