Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, bu gün Suriyadakı 100 Rusiya hərbi polisi Cənub Hərbi Dairəsinin "Mozdok" aviabazasına gətirilib.
Bildirilir ki, bu baza polis heyətinin daimi saxlanıldığı məkandır. Hərbçilər bazaya Suriyadakı fəaliyyətlərdə istifadə edilən İl-76 təyyarəsi vasitəsilə gətirilib.
Qeyd edək ki, bu ana qədər Rusiya Suriyadakı 35 təyyarə və helikopterini, 1000-dən çox hərbçisini və 100-ə qədər hərbi tibb işçisini bu ölkədən çıxarıb.
Dəyanət Ağalarlı
Ordu.az