İraq qoşunları İŞİD-in sığınacağını dağıdıb

2018/07/Снимок_1531115066_1531835936.png
Oxunub: 3287     21:58     17 İyul 2018    
İraq qüvvələri İraq-Suriya sərhədi yaxınlığında İŞİD terrorçularının mövqelərinə zərbələr endirib.

Ordu.az Pentaqonun rəsmi saytına istinadən xəbər verir ki, hücum İraq və Suriyada fəaliyyət göstərən beynəlxalq koalisiyanın tədbirləri çərçivəsində baş tutub.

ABŞ ordusunun general-mayoru Ceyms Cerrardın sözlərinə görə, endirilən hava zərbələri nəticəsində terrorçuların dağlıq ərazidə sığınacaq kimi istifadə etdiyi nöqtələr yerlə-yeksan edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Suriya  


Bizi "telegram"da izləyin