Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Raytheon”un vitse-prezidenti Tomas Bassinq bildirib.
Onun sözlərinə görə, bu barədə ilkin razılaşma bu gün Britaniyada davam etməkdə olan “Farnboro Aviaşousu”nda əldə edilib.
Bassinq müqavilənin dəyərinin dəqiq bilinmədiyini qeyd etsə də, onun 100 milyon dollardan az olacağını düşündüyünü bildirib.
Qeyd edək ki, kiçik ölçülü “Coyote” dronu əsasən düşmənin dronlarını sıradan çıxartmaq məqsədilə istifadə olunur. Sözügedən aviaşouda onun böyük diqqət topladığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az