Əsəd qüvvələri İsraillə sərhəd zolağına doğru irəliləyir

2018/07/18741714514515_1530793792_1531834111.jpg
Oxunub: 4110     21:30     17 İyul 2018    
Bəşər Əsədə sadiq qüvvələr ölkənin cənub bölgələrində yerləşən Dera və Küneytrə vilayətləri istiqamətində hücumlarını ara vermədən davam etdirir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hökumət qüvvələri artıq İsraillə sərhəd zolağına doğru əhəmiyyətli dərəcədə yaxınlaşıblar.

Orduya məxsus hücum təyyarələrinin dəstəyi ilə irəliləyən quru qoşunları son olaraq Deranın qərbindən Küneytrəyə gedən zolaqda daha 3 yaşayış məntəqəsini azad etməyə nail olub.

Qeyd edək ki, Suriyanın Küneytrə vilayəti ilə Colan təpələri arasındakı sərhəd bölgəsi yaxınlığındakı geniş bir ərazi hələ də üsyançıların əlindədir. Eyni zamanda Tasil adlı bölgədə isə İŞİD fəaliyyət göstərməyə davam edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İsrail   Colan-Təpələri  


Bizi "telegram"da izləyin