Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, TSQ-yə məxsus döyüş təyyarələri Hakurkda PKK terrorçularının mövqelərini bombalayıb.
Hava zərbələri nəticəsində aralarında mayın 31-də 3 əsgərin şəhid olduğu hücumda əli olan 4 terrorçunun da yer aldığı ümumilikdə 8 terrorçu zərərsizləşdirilib.
Ağalar Ağalarlı
Ordu.az