Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Suriya hökumət mənbələri yayıb.
Bildirilir ki, ordu terror qruplaşmasının Həmanın şimalında yerləşən Əl-Lətaminə, Tal Əl-Saxar və Əl-Zakah şəhərlərindəki mövqelərinə intensiv raket və artilleriya zərbələri endirib.
Rəsmi mənbənin yaydığı məlumatda qeyd olunub ki, sadəcə 1 saat davam edən hücum nəticəsində terrorçular hər 3 şəhəri tərk etməli olublar.
Qeyd edək ki, zərbələr nəticəsində onlarla terrorçunun məhv edildiyi bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az