“Ukrayna NATO-nun şərq qanadında Avropanı qoruyur” – Poroşenko

2018/07/8bd6c09f9ccf90b32f394e677cac0594_1531738288_extra_large_1531806826.jpeg
Oxunub: 3368     13:53     17 İyul 2018    
Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın Avropa İttifaqı və Şimali Atlantika alyansına inteqrasiyasının əhəmiyyətini vurğulayıb.

Ordu.az “Interfax”a istinadən xəbər verir ki, o, bu barədə “Sea Breeze 2018” təlimlərinin qərargahına baş çəkərkən danışıb.

“Ukrayna özünün xarici siyasi xəttini aydın şəkildə bəyan edib – Aİ və NATO-ya üzvlük. NATO sammitinin nəticələrini dəyərləndirəsi olsaq, ən önəmlisi budur ki, orada NATO qapılarının Ukrayna üçün açıq olduğu göstərilib. 2008-ci il Buxarest sammitində əldə edilmiş qərarlar hələ də qüvvədədir”, - deyə Poroşenko bildirib.

Ukrayna prezidenti bundan sonra heç bir ölkənin Ukraynanın Avro-Atlantik inteqrasiya yolunu dayandıra bilməyəcəyini qeyd edib.

O, ölkənin müdafiə və təhlükəsizlik sahəsindəki islahatlarına dəstək verən bütün partnyor dövlətlərə öz təşəkkürünü bildirib və bunun təkcə Ukrayna ərazisinin müdafiəsi üçün əhəmiyyətli olmadığını vurğulayıb.

“Bu, sadəcə Ukrayna ərazisinin müdafiəsi demək deyil. Biz NATO-nun şərq qanadında yerləşirik və birlikdə Avropanı müdafiə edirik”, - o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin