"Raytheon” daha bir raketin sınaq mərhələsinə start verib

2018/07/Безымянный_1531749623.jpg
Oxunub: 2301     23:44     16 İyul 2018    
“Raytheon” korporasiyası özünün yeni qısa mənzilli ballistik raketini təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq mərhələsinə qədəm qoyan yeni raketə "StormBreaker adı verilib.

Raketlə bağlı şirkətdən verilən məlumatda bildirilib ki, raketin prototip versiyasının istehsalı 2018-ci ilin əvvəlində yekunlaşıb və yazda raketə ilkin baxış keçirilib.

Qeyd olunub ki, ilkin olaraq F-15E qırıcılarına inteqrasiyası nəzərdə tutulan raket daha sonra 2022-ci ilə qədər “Lockheed-Martin”in istehsal etdiyi F-35-lərə də əlavə ediləcək. 45 kilometr zərbə radiusuna sahib olacaq raketin həmçinin yerdən istifadəsi də mümkün olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   StormBreaker   Lockheed-Martin  


Bizi "telegram"da izləyin