Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar şuranın bugünkü iclasında qəbul edilib.
Qərarla bağlı açıqlama bildirən Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov bildirib ki, yeni sitemlərin alınması üçün sabahdan etibarən danışıqlara başlanılacaq.
“Müasir raket sistemlərinin təkmilləşdirilməsi ölkəmiz üçün ən önəmli məsələlərdən biridir. Biz bunun üçün ABŞ və Avropadan bir sıra şirkətlərlə danışıqlar aparacağıq. Ən uyğun təklifi dəyərləndirməyi düşünürük”, - deyə Turçinov bildirib.
Dəyanət Ağalarlı
Ordu.az