Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər görüşün ardından mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
Çıxış edən hər iki general iki ölkə arasındakı hərbi siyasi əməkdaşlıqları müsbət qiymətləndirib və bu əlaqələrin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Pakistan ordusunun Baş Qərargah rəisi Qəmər Cavid Bəcva qeyd edib ki, tərəflər iki ölkə arasındakı hərbi əlaqələrin, xüsusilə də müdafiə sənayelərinin qarşılıqlı inteqrasiyasında maraqlıdır.
“Biz hərbi əməkdaşlığı, strateji əməkdaşlıq səviyyəsinə qaldıracaq və xüsusilə də müdafiə sənayelərimizin dərin inteqrasiyasını təmin edəcəyik”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az