Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Finlandiya Xarici İşlər İnstitutunun rəhbəri Teyca Tilikaynen səsləndirib.
“ABŞ və Rusiya arasındakı əlaqələrin son illərdə çətin bir böhran içində olduğunu deyə bilərik. Buna görə də, bu ölkələrin liderlərinin bir masa ətrfında oturaraq fikir mübadiləsi aparması önəmli məsələdir. Bu həm də dünyanın marağındadır”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, prezidentlər arasındakı bu görüş gərginliyin azalmasına və dünyada baş verən münaqişələrin aradan qalxmasına təkan verə bilər. Tilikaynen həmin görüşün həm də Finlandiya və digər kiçik dövlətlərin təhlükəsizliyi baxımından da əhəmiyyətli olduğunu qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az