Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Pakistan Əvami partiyasının Bəlucistan vilayətinin mərkəzi olan Mastunq şəhərində təşkil etdiyi mitinq əsnasında baş verib.
Terror hücumu nəticəsində aralarında partiyanın millət vəkilliyinə namizədi Nəvəbzadə Sirac Rəisaninin də olduğu 132 nəfər həlak olub, daha 200-dən çox insan isə yaralanıb.
Qeyd edək ki, hücumu İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Dəyanət Ağalarlı
Ordu.az