Türkiyə XİN rəhbəri: "İsrailin ABŞ və İran arasındakı danışıqları sabotaj etməsinə icazə verilməməlidir"

2026/01/1768795703.jpg
Oxunub: 154     20:49     26 İyun 2026    
"ABŞ və İran arasında atəşkəsin təmin edilməsinə dair anlaşma memorandumunun imzalanmasından çox məmnunuq. Həmçinin, bu atəşkəsin Livanı da əhatə etməsini müsbət bir inkişaf kimi qiymətləndiririk".

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ottavada kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazından fasiləsiz və sərbəst keçidin təmin edilməsi vacibdir:

"Türkiyə olaraq, ABŞ və İran arasında davam edən danışıqlar prosesinə töhfə verməyə davam edəcəyik. İsrailin bu danışıqları sabotaj etməsinə icazə verilməməlidir və beynəlxalq ictimaiyyət bu məsələdə son dərəcə ayıq-sayıq olmalıdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Türkiyə  


Bizi "telegram"da izləyin