Brüssel sammiti: Niyə NATO Əfqanıstan strategiyasında dəyişiklik etməlidir?

2018/07/Снимок_1531478319.png
Oxunub: 470     15:47     13 İyul 2018    
NATO-nun Əfqanıstan qarşısındakı öhdəliyi son 10 ildə əldə edilən nailiyyətlərin qorunub saxlanması üçün həyati əhəmiyyətə malikdir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna baxmayaraq ekspertlər alyansın sözügedən ölkədə sülhün davamlılığını təmin etmək üçün öz strategiyasını yenidən gözdən keçirməli olduğuna inanırlar.

Ölkədəki təhlükəsizlik vəziyyətini dünya KİV-lərində çıxan başlıqlardan aydın şəkildə anlamaq olar. “Taliban”ın dünən həyata keçirdiyi əməliyyat nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələri çox sayda itki verib.

Bu hücumun baş verdiyi anlarda ölkə prezidenti Əşrəf Qani Brüsseldəki NATO sammitində iştirak edərək NATO üzvlərinin Əfqanıstan qarşısındakı öhdəliklərinə sadiq qalacaqlarını yenidən nail olmağa çalışırdı.

Görünür Qani bu məqsədinə nail oldu. Belə ki, NATO liderləri Əfqanıstan təhlükəsizlik qüvvələrinə etdiyi yardımın müddətini 2024-cü ilə qədər uzatmağı qərara aldılar. NATO Əfqanıstan qüvvələrinin maliyyələşdirilməsi, onların təliminin təşkilinə illik 1 milyard dollar ayırır.

NATO-nun hazırda Əfqanıstanda yerli qüvvələrin təlimi ilə məşğul olan 16 min əsgəri var. Onlar həm də “Əl-Qaidə”yə qarşı hərbi əməliyyatlarda iştirak edirlər.

Bütün bunlara baxmayaraq Əfqanıstanda hələ də yüzlərlə insanın ölümünə səbəb olan hücumlar baş verir. Alyansın uğursuzluqlarından danışası olsaq, onun 17 illik müharibə və on milyardlarla dollar vəsait qarşılığında bu ölkəyə hələ də sülh gətirə bilmədiyini vurğulamaq kifayət edər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Əfqanıstan   Taliban  

Brüssel sammiti: Niyə NATO Əfqanıstan strategiyasında dəyişiklik etməlidir?

2018/07/Снимок_1531478319.png
Oxunub: 471     15:47     13 İyul 2018    