Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, açılış nitqində Stoltenberq liderləri stabilliyin gücləndirilməsi və terrorizmlə mübarizədə səylərin artırılmasına çağırıb.
“Bu gün biz kollektiv müdafiə və çəkindirməni möhkəmləndirəcəyik. Eyni zamanda stabilliyin sərhədlərimizdən kənarda da bərqərar edilməsi istiqamətində və terrorla müharibədə səylərimizi artıracağıq”, - deyə Stoltenberq qeyd edib.
O, NATO-nun etdiyi hər şeyin uğurunun ədalətli yük paylaşımı ilə əlaqəli olduğunu vurğulayıb.
“Sadəcə bir neçə il öncə müdafiə büdcələrimizi azaltdıq, indi isə buna milyardlar əlavə edirik. Daha çox və daha yaxşı xərcləmək qarşımızda duran əsas hədəflərdən biridir”, - deyə Baş katib əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az