“Comtech” peyk kommunikasiya sistemlərinə dair müqavilə imzalayıb

2018/07/WGS-Boeing-879x485_1531314185.jpg
Oxunub: 2114     21:08     11 İyul 2018    
“Comtech Xicom Technology” ABŞ ordusu ilə yüksək enerjili peyk kommunikasiya sistemləri ilə əlaqədar müqavilə bağlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Comtech” şirkətinin icraçı direktoru və eyni zamanda prezidenti olan Fred Kornberq danışıb.

Onun sözlərinə görə, müqavilənin dəyəri 4,8 milyon dollardan bir qədər artıqdır. Müqavilə çərçivəsində kompaniya ABŞ ordusuna qabaqcıl yüksək enerjili kommunikasiya sistemləri çatdıracaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Comtech   ABŞ   Telekommunikasiya  


Bizi "telegram"da izləyin