Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məqsədlə Floridada yerləşən “Cole Engineering Services ” şirkəti ilə 500 min dollarlıq kontrakt imzalanıb.
Müqavilə əsasında kompaniya daşınan raket komplekslərini təqlid edəcək və əsgərlərin təlim zamanı daşıması üçün nəzərdə tutulan prototip vasitə hazırlayacaq.
Bu cihazın daşınan raket operatorların və əlaqədar hərbi personalın cəld reaksiya imkanlarını təkmilləşdirməsi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az