Fransanın Yaxın Şərqə silah satışı iki dəfə artıb

2018/07/584841425145814584_1530772334.jpg
Oxunub: 4335     14:37     05 İyul 2018    
2017-ci ilin cari dövrünə qədər olan göstəricilərə görə, 2016-ci illə müqayisədə Fransanın Yaxın Şərq bölgəsinə etdiyi silah satışı iki dəfə artıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, Fransa hökumətinin hər il silah satışına dair yaydığı hesabatın 2017-ci ilin nəticələrinə uyğun hazırladığı versiyasından aydın olub.

Hesabatda 2017-ci ildə Fransanın ümumilikdə 7 milyard avro dəyərində silah satdığı və bunun da 60%-nin Yaxın Şərq bölgəsinə edildiyi göstərilib. Daha dəqiq desək, Fransa ötən il sözügedən region dövlətlərinə 3,92 milyard avroluq silah satışı edib. Bu rəqəm bir öncəki ildə isə 1,94 milyard avro olub.

Əsas alıcılardan olan Səudiyyə Ərəbistanına satış azalsa da, BƏƏ, Küveyt və Qətərə edilən satışların həcmində artım hiss olunur. Bu satışı həyata keçirən əsas kompaniyalar isə “Dassault” və “Thales”dir.

Ümumilikdə “Rafale” qırıcı təyyarələrin Hindistan və Qətərə, sualtı gəmilərin Avstraliyaya satışına dair nəhəng kontraktların bağlanması ilə Fransa dünyanın əsas silah ixracatçılarından biri olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Yaxın-Şərq   Silah-satışı  


Bizi "telegram"da izləyin