Donbasda gərginlik davam edir: Daha 2 əsgər yaralandı

2018/07/159852014584854854_1530770525.jpg
Oxunub: 1440     14:06     05 İyul 2018    
Ukraynanın şərqindəki separatçı qüvvələr sutka ərzində atəşkəsi beş dəfə pozaraq Ukrayna ordusunun üzərinə ağır silahlardan atəş açıblar.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, separatçılar, ağır silahlar, pulemyotlar, əl qumbaraları və kiçik çaplı silahlardan istifadə edərək ordunun mövqelərini atəşə tutub.

Ən şiddətli döyüşlər isə Donetsk bölgəsinin Zaitseve və Pivdenne kəndləri yaxınlığında baş verib. Buradakı qarşıdurmalar nəticəsində ordunun 2 əsgəri yaralanıb. Separatçıların itkiləri barədə dəqiq məlumat yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   Separatçılar  


Bizi "telegram"da izləyin