Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə İraq Federal Polisinin mətbuat katibi briqada generalı Yəhya Rəsul bildirib.
Onun sözlərinə görə, əməliyyat nəticəsində Diyalə yolu ətrafında hücuma hazırlaşan bir terrorçu məhv edilib, doqquzu isə ələ keçirilib. Bundan başqa partlayıcı maddə ilə dolu bir maşın sıradan çıxarılıb.
Ələ keçirilən terrorçulardan əldə edilən məlumatlar əsasında onların təlim mərkəzlərinin yeri müəyyənləşdirilib və məkanın təhlükəsizliyi təmin olunub.
Ağalar Ağalarlı
Ordu.az