Suriya müxalifəti ilə Rusiya arasında atəşkəs danışığı uğursuz olub

2018/07/588b0305c3618834568b459d_1530767981.jpg
Oxunub: 3461     13:15     05 İyul 2018    
Suriya müxalif qüvvələrindən və Rusiya hökumətindən olan numayəndələr danışıqlar məqsədilə Derada bir araya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Bəyanatda qeyd olunub ki, ötən gün bir araya gələn nümayəndələr Dera və Küneytrədə mümkün atəşkəs variantları ilə bağlı müzakirələr aparıblar.

Tərəflər arasında hər iki tərəfin maraqlarına uyğun optimal sülh variantı ilə bağlı bir neçə saat davam edən müzakirələr sonda nəticəsiz olub.

Bir sıra ekspertlər bu danışıqlardakı uğursuzluğun qarşıdakı günlərdə şiddətli şəkildə təzahürünü müharibə meydanlarında tapacağı qənaətindədirlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Üsyançı-Qüvvələr  


Bizi "telegram"da izləyin