Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində Suriya ordusu ölkənin cənub-qərbində hərbi şəkildə aktiv fəaliyyət göstərən Azad Suriya Ordusuna və terrorçu qruplaşmalara ağır zərbələr endiriblər.
Əməliyyatlar nəticəsində daha öncə Azad Suriya Ordusu qüvvələrinin nəzarətində olan Əl-Hirak və “Həyat Təhrir Əş-Şam” terror qruplaşmasının nəzarətində olan Əl-Lajat şəhərələri başda olmaqla ölkənin bir çox cənub-qərb bölgələri azad edilib.
Məsələ ilə bağlı Suriya hökumətindən verilən məlumatda bildirilib ki, son 10 gündə bölgədə həyata keçirilən əməliyyatlar nəticəsində 1000 kvadrat kilometr ərazi ordunun nəzarətinə keçib.
Dəyanət Ağalarlı
Ordu.az