Lavrov: "Suriya ilə bağlı hər şey müzakirə ediləcək"

2018/07/45345_1528717930_1530712525.jpg
Oxunub: 2919     21:56     04 İyul 2018    
Helsinkidə baş tutacaq Tramp-Putin görüşündə Suriya məsələsinə geniş yer ayrılacağı bildirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, ötən günlərdə ABŞ, Rusiya və İordaniya nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə əldə edilən razılığın davamı olaraq iyulun 16-sı ABŞ prezidenti Donald Trampla onun rusiyalı həmkarı Vladimir Putin arasında keçiriləcək görüşdə də Suriya məsələsinə toxunulacaq.

“Biz son görüşdə Suriyanın böyük hissəsini təşkil edən Dera, Küneytrə və Əs-Süveyda bölgələrində atəşkəsin təmin edilməsi ilə bağlı ortaq razılığa gəldik. Prezidentlər səviyyəsində keçiriləcək görüşdə də bu razılığın praktiki olaraq necə həyata keçiriləcəyi və burada kimlərin rol sahibi olacağı ilə bağlı məsələlər başda olmaqla hər bir nüansın müzakirəsinə yer veriləcək”, - deyə Lavrov qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin