SQQ İŞİD hücumunun qarşısını alıb

2018/07/487402514584787_1529743968_1530711444.jpg
Oxunub: 2723     21:33     04 İyul 2018    
Suriya ordusu ilə İŞİD terrorçuları ölkənin cənub-qərbində qarşı-qarşıya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurma bu gün səhər saatlarında yaşanıb.

Terrorçu qüvvələrin gözlənilmədən hücuma keçməsi nəticəsində hökumət qüvvələri Əl-Sveyda bölgəsindəki bir sıra məntəqələr üzərində qısa müddətli də olsa nəzarəti itiriblər. Buna baxmayaraq ordunun şiddətli müqaviməti nəticəsində İŞİD qruplaşması geri çəkilməli olub.

Qeyd edək ki, qarşıdurmanın baş verdiyi ərazilər ötən gün terrorçulardan azad edilmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Qarşıdurma  


Bizi "telegram"da izləyin