Kreml təsdiqlədi: Netanyahu yenidən Moskvaya gedir

2018/07/458741251485441514_1530710785.jpg
Oxunub: 4554     21:25     04 İyul 2018    
Kreml Rusiya prezidenti Vladimir Putinin İsrail Baş naziri Benyamin Netanyahu ilə bu ilki üçüncü görüşünün baş tutmasına dair xəbərləri təsdiqləyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Onun sözlərinə görə, Benyamin Netanyahunun iyulun 11-də Moskvaya səfəri planlaşdırılır və artıq Putinlə Netanyahunun görüşü üçün hazırlıqlar da gedir.

Qeyd edək ki, bu ilin birinci yarısında Putin və Netanyahu iki dəfə Moskvada bir araya gəlib. Görüşlərdən birincisi yanvarın 29-da, ikincisi isə mayın 9-da baş tutub.

Bu görüşlər çərçivəsində əsas gündəm mövzusu Suriyadakı vəziyyət və İranın Suriya ərazisində fəaliyyəti olub. Sonuncu görüşdən sonra Rusiya Suriya-İsrail sərhədlərindən xarici qüvvələrin çəkiləcəyini açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Netanyahu   Moskva  


Bizi "telegram"da izləyin