Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Səudiyyə Əərbistanı Xarici İşlər Nazirliyindən bildirilib.
Bəyanatda qeyd olunub ki, Qətərin bu addımı bölgədə sülh və stabilliyə qarşı meydan oxumadır.
“Rəsmi Doha bu addımı ilə regionun bütün dövlətlərinə qarşı hərbi təhdid formalaşdırdığını bir daha sübut etdi. Biz Qətəri bu addımdan daşınmağa çağırırıq. Eyni zamanda Rusiyanın da region ölkələrinin maraqlarına hörmət məqsədilə S-400 sistemlərinin satışını həyata keçirməyəcəyinə inanırıq”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, ötən ay da Səudiyyə Ərəbistanı Dohaya təzyiqlər etmiş, hətta Emanuel Makron başda olmaqla bir çox qərbli liderləri Rusiya ilə etdiyi əməkdaşlığa cavab olaraq Qətərə sanksiyalar tətbiq etməyə çağırmışdı.
Dəyanət Ağalarlı
Ordu.az