İraq ordusu İŞİD-ə məxsus 8 sığınacağı dağıdıb

2018/07/1584894514848_1530701332.jpg
Oxunub: 1643     18:45     04 İyul 2018    
İraq qoşunları Diyalə vilayətində İŞİD-ə qarşı həyata keçirdiyi hücumlar nəticəsində terrorçular tərəfindən istifadə edilən 8 sığınacağı məhv edib.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun sözçüsü briqada generalı Yəhya Rəsul bəyan edib.

Onun sözlərinə görə, hücumlar nəticəsində 8 sığınacaq yerlə-yeksan edilib, 21 bomba və 8 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu zərərsizləşdirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin