Qavin Uilyamson: “İŞİD-ə qarşı müharibə bitməyib”

2018/07/1584581402514584_1530699621.jpg
Oxunub: 1466     18:19     04 İyul 2018    
“İŞİD terror təşkilatına qarşı müharibə bitməyib, onlar Britaniyaya qarşı ən böyük təhdid olaraq qalırlar”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Krallığın Müdafiə naziri Qavin Uilyamson səsləndirib.

O, terrorçuların potensial qiyamçılıq, partizan aktlarına hazırlaşması ilə İŞİD-lə müharibənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Onun sözlərinə görə, terrorçuların bütün fəaliyyətinə baxmayaraq cəsur əsgərlərin əməliyyatları nəticəsində onlar nəzarətə götürdükləri ərazilərin böyük bir hissəsini itiriblər. Lakin onlar çəkildikləri bir sıra ərazilərdə yenidən peyda olmağa çalışırlar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İŞİD   Terror  


Bizi "telegram"da izləyin