Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ağ Evin sözcüsü Hoqan Qidley bildirib.
O qeyd edib ki, ABŞ prezidentinin NATO sammitində toxunacağı bütün məqamlar artıq müəyyənləşdirilib.
“Prezident Suriyadan Ukraynaya, Əfqanıstandan Yəmənə bir çox mövzuları sammitdə gündəmə gətirəcək. Lakin ən önəmli məqam NATO-ya üzv dövlətlərin hərbi xərclərinin artırılması məsələsidir. Bu, artıq Amerika xalqı üçün bir nüfuz məsələsidir. Prezident sammitdə ölkəmizin dünya üçün "pul kisəsi" olmadığını kəskin şəkildə dilə gətirəcək", - deyə Qidley vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az