Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ordu generalı Zübayir Mahmud Həyat bildirib.
O qeyd edib ki, Pakistan silahlı Qüvvələri terrorizmlə mübarizədə istər ölkə daxilində, istərsə də regional miqyasda olduqca əhəmiyyətli işlər görüb.
“Hərbi rəhbərlik Pakistan Silahlı Qüvvələrinin regionun inkişaf edən təhlükəsizliyinin hazırkı dinamikasını saxlayan başlıca faktor olduğunu bildirib və milli, beynəlxalq miqyasda sülhə, ədalətə, insan hüquqlarına olan terror təhdidinə qarşı bundan sonra da kəskin mübarizə aparmaq barədə qərar qəbul edib”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az