Pentaqon: KXDR-in nüvəsizləşmə ilə bağlı öhdəlikləri şübhə doğurur

2018/07/1985498514002514_1530694749.jpeg
Oxunub: 1970     16:57     04 İyul 2018    
"Şimali Koreya hərbi sahədə verilən öhdəliklərinin icraedilmə tezliyində problemlər yaşanır"

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, qarşı tərəfin atdığı addımların tezliyi verilən vədlərlə müqayisədə olduqca ləng bir tempdə davam edir.

“Bəli, Sinqapur sammitindən dərhal sonra "Tonqçanq" poliqonu dağıdıldı. Lakin bunu hər hansısa bir formada Pxenyandan edilmiş bir jest kimi təqdim etmək düzgün olmazdı. Çünki bazanın dağıdılması ilə bağlı razılıq onsuz da sammitdə qəbul edilmişdi və bu addım atılmalıydı. Burada əsas toxunulmalı olan məqam Tonqçanq poliqonunun dağıdılmasından sonrakı mərhələdir. Sual olunur KXDR bundan sonra nüvəsizləşmə və hərbi gücünün azaldılması ilə bağlı hansı faktiki addımı atdı. Biz heç bir addımın atılmamış olmasından ciddi narahatlıq keçirir və KXDR-in üzərinə götürdüyü öhdəliklərin gələcəyi ilə bağlı şübhələrin olduğu qənaətindəyik”, - deyə bəyanatda bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvəsizləşmə  


Bizi "telegram"da izləyin